İDMAN

03 Fevral

\"Milan\"da ağır itkilər

"Milan" İtaliya A Seriyasının 22-ci turunda bu gün Hellas Verona ilə qarşılaşacaq.

Fins.az goal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" sözügedən qarşılaşmada Simon Kyaer və Zlatan İbrahimoviçin köməyindən istifadə edə bilməyəcək.

Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun saytına açıqlamasında deyib. O, hər iki futbolçunun xəstələndiyini və bu səbəbdən də bu gün meydanda olmayacaqlarını bildirib.

Qeyd edək ki, "Milan" - "Hellas Verona" matçı saat 18:00-da start götürəcək.