İDMAN

01 Fevral

“Real” Madrid derbisində qələbə qazandı

Futbol üzrə İspaniya çempionatında Madrid derbisi baş tutub.

Madrid şəhərinin təmsilçiləri “Real” və “Atletiko” üz-üzə gəlib. Qarşılaşma “Santyaqo Bernabeu”da keçirilib. 

Matçın həlledici anı ikinci hissədə olub. Belə ki, Benzema komanda yoldaşı Mendinin ötürməsindən sonra dəqiq zərbə ilə qol vurmağı bacarıb. 

Bu nəticədən sonra “Real” 49 xalla ilk pillədəki yerini qoruyub.