İDMAN

30 Yanvar

"Qalatasaray"ın azərbaycanlı futbolçusu klubunu dəyişib

Müqavilə üzrə Türkiyənin "Qalatasaray" klubuna məxsus olan Azərbaycan yığmasının futbolçusu Mutlu Aksu Doğan "Karakörpü Belediyespor"a icarəyə verilib.

Fins.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi ilə yarım illik müqavilə bağlanılıb.

Əslən azərbaycanlı olan gənc oyunçu 2016-cı ildə Azərbaycanın U-17 yığmasına dəvət edilib və 1 qol vurub. O, "Qalatasaray"ın U-19 və U-21 komandalarında, eləcə də "Kocaelispor"da çıxış edib. Mutlu Aksu Doğan ötən mövsüm Türkiyə Kubokunda iki oyunun iştirakçısı olub.