İDMAN

23 Yanvar

İnyesta yenidən \"Barselona\"da?

"Barselona"nın baş məşqçisi Kike Setyen komandanın sabiq futbolçusu Andres İnyestanın geri qayıtmasını  istədiklərini deyib.

Fins.az qol.az-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis 35 yaşlı müdafiəçinin  Kataloniya təmsilçisində yenidən çıxış etməyinin mümkün olduğunu bildirib: "Hansı əfsanəvi futbolçunu komandada görmək istəyərəm? İnyestanı. O, hələ karyerasını başa vurmayıb. Ola bilər ki, onu geri qaytaraq".

Qeyd edək ki, hazırda "Vissel Kobe"nin formaslnı geyinən A.İnyesta 2002-2018-ci illərdə "Barselona"da çıxış edib.