İDMAN

23 Yanvar

Sağlamlıq üçün ən faydalı idman növü açıqlandı

Üzgüçülük sağlamlıq üçün ən faydalı idman növü imiş. Onunla davamlı şəkildə məşğul olmaq insan ömrünü uzadır. Fins.az-ın məlumatına görə, bu barədə “Express.co.uk” portalı yazıb.

Tədqiqatda 20-90 yaş arası olan 40 mindən çox kişi iştirak edib. 32 il davam edən izlənmənin nəticələri göstərib ki, üzgüçülərin ölüm riski qaçış və gəzinti sevənlərlə müqayisədə 50% aşağıdır.

Cənubi Karolina Universitetinin professoru Stiven Bler müəyyən edib ki, kardiorespirator dözümlülüyü ən yaxşı yüksəldən məhz üzgüçülükdür. Bler qeyd edib ki, bu imdan növü bütün adi insanlar, eləcə də xroniki xəstəliyi olan uşaqlar üçün də uyğundur.