İDMAN

22 Yanvar

"Bavariya" "Real Madrid"in futbolçusunu icarəyə götürüb

Almaniyanın "Bavariya" klubu İspaniya "Real Madrid"inin futbolçusu Alvaro Odriosolanı heyətinə qatıb.

Fins.az  xəbər verir ki, 24 yaşlı müdafiəçi mövsümün sonuna kimi icarəyə götürülüb.

Qeyd edək ki, Alvaro Odriosola bu mövsüm La Liqada 4 oyunda meydanda olub. İspaniyalı oyunçu bir məhsuldar ötürmə ilə yadda qalıb.