İDMAN

09 Yanvar

“Milan” “İnter”in yarımmüdafiəçisini transfer etmək istəyir

“Milan” futbol komandası, İtaliya yığmasının və “İnter” in yarımmüdafiəçisi Matteo Politanonun kluba transfer edilməsi ilə bağlı danışıqlara başlayıb.

Fins.az-ın məlumatına görə, bu barədə nüfuzlu italiyalı jurnalist Canluka Di Marzio məlumat verib.

Mənbənin məlumatına görə, qırmızı-qaralar artıq oyunçunun agentləri ilə danışıqlar aparıblar və məlum olub ki, “İnter” seçimini yalnız oyunçunun satışı ilə nəzərdən keçirir.

Yaxın günlərdə “Milan” 26 yaşlı italiyalı üçün “İnter” ə rəsmi təklif təqdim edəcək.

“Transfermarkt.de” xəbər verir ki, yarımmüdafiəçinin transfer dəyəri 28 milyon avrodur.