İDMAN

08 Yanvar

\"Yuventus\" \"Barselona\"nın müdafiəçisi Mirandanı almaq istəyir

Turinin "Yuventus" klubu "Barselona"nın müdafiəçisi Xuan Miranda ilə maraqlanır.

Məlumata görə, italyan klubu hələ 2019-cu ilin yayında futbolçunu almağa çalışıb, amma "Barselona" yalnız icarəyə razı olub.

Qeyd edilir ki, "Yuventus" yenidən oyunçuyla maraqlanmağa başlayıb. Turin klubu müdafiəçi üçün 10 milyon, həmçinin bonuslar kimi milyon avro ödəməyə hazırdır.

On doqquz yaşlı Miranda "Barselona"nın yetirməsidir. Yay transfer pəncərəsinə futbolçu icarə əsasında "Şalke-04”ə keçib. Transferin müddəti iki il üçün nəzərdə tutulub.

Miranda hazırkı mövsümdə Almaniya çempionatının üç matçında iştirak edib. O, iştirak etdiyi qarşılaşmalarda səmərəli ötürmələri ilə seçilib. "Barselona”nın futbolçu ilə müqaviləsi 2021-ci il ilə qədər nəzərdə tutulub.