İngiltərənin "Liverpul” futbol klubunun və Seneqal yığmasının hücumçusu Sadio Mane 2019-cu il Afrikanın ən yaxşı futbolçu seçilib.
Fins.az xəbər verir ki, bu barədə Afrika Konfederasiyasının “Twitter”dəki səhifəsində bildirilir.
İyirmi yeddi yaşlı idmançı öz klubunun üzvü, misirli Məhəmməd Salahı və "Mançester Siti"nin əlcəzairli yarımmüdafiəçisi Riyad Marezi qabaqlayıb
Qeyd edək ki, ötən il Mane "Liverpul"un heyətində Çempionlar Liqasında qalib olub. Futbolçu həmçinin öz milli komandasının heyətində Afrikada gümüş medal qazanıb.