İDMAN

24 Dekabr

Ronaldo İtaliya çempionatında qol vurmağın çətinliyini etiraf edib

"Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldo İtaliya A Seriyasında qol vurmağın çətinliyini etiraf edib. 

Fins.az-ın məlumatına görə, bu barədə "İnter"in hücumçusu Romelu Lukaku "New York Times" nəşrinə açıqlamasında bildirib. 

"Kriştiano bu yaxınlarda keçirilmiş matçlardan birində mənə etiraf etdi ki, müdafiə oyunu anlamında A Seriyası dünyada çox çətin çempionatdır. O, hər yerdə qol vurduğunu, amma İtaliyada bunu etməyin daha çətin olduğunu söylədi. Ronaldu belə məsələlərdən danışırsa, deməli, bu, həqiqətən də çətindir" deyə belçikalı forvard vurğulayıb. 

Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldo A Seriyasında 14 oyuna 10 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Bu, 34 yaşlı hücumçunun son 10 ildə ən aşağı göstəricisidir.