İDMAN

24 Dekabr

Dünya idmanında oyunçularına ən çox maaş ödəyən klubların siyahısı dərc olunub

Dünya idmanında ən çox maaş ödəyən klubların siyahısı dərc olunub.

Fins.az xəbər verir ki, "Sportingintelligence"nin araşdırmasına əsasən, ilk pillədə hər bir oyunçuya orta hesabla 11 milyon 81 min 282 avro maaş verən İspaniya "Barselona"sı qərarlaşıb.

İspaniyanın digər təmsilçisi "Real Madrid" 10 milyon 62 min 90 avro göstərici ilə ikinci, İtaliya "Yuventus"u isə 9 milyon 119 min 76 avro ilə üçüncü pillədə qərarlaşıb.

"Beşliy"i basketbol klubları qapayır. NBA təmsilçilərindən "Portlend Treyl Blazers" 9 milyon 58 min 786 avro ilə 4-cü, "Qolden Steyt Uorriorz" isə 8 milyon 952 min 374 avro ilə beşincidir.