İDMAN

24 Dekabr

\"Real\" bu il rəqib qapısından cəmi 100 top keçirib

"Real Madrid" 2019-cu ildə keçirilən bütün yarışlarda rəqib qapısından cəmi 100 top keçirib.

Fins.az xəbər verir ki, bu, "Real"ın tamamilə Kriştian Ronaldusuz keçirdiyi birinci təqvim ilidir. Halbuki Ronaldunun bu komandanın üzvü olduğu vaxt klubun ən pis göstəricisi mövsüm ərzində 130 qoldan ibarət olub.

"Real"ın qollarının belə miqdarı 2010-cu ildə qeydə alınıb.

Xatırladaq ki, Ronaldu ötən ilin yayında Turinin "Yuventus"una keçib. Portuqaliya futbolçusu 2009-cu ildən Madrid klubunun heyətində oynayırdı. "Real"la birlikdə Ronaldu dörd dəfə Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionu olub, habelə ölkənin Super Kubokuna yiyələnib.

"Real18 matçda 37 xal toplayaraq yarış cədvəlində 2-ci yer tutur. Turnir cədvəlinin lideri "Barselona"dır.