Hesablama Palatası gələn ilin dövlət büdcəsinə rəy verib

Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə kollegiya iclası keçirilib.

Palatadan verilən məlumata görə, iclasda “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verilmiş rəyə baxılıb.

Müzakirələrdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, sədr müavini Əli Məsimli, deputat Vüqar Bayramlı da iştirak edib.

Rəy müzakirə olunaraq təsdiq edilib.

SHARE THIS STORY

FacebookTelegramTwitter