Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu kəskin azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 892 123,5 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 126 091,2 min dollar və ya 16,5% çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 448 743,6 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 11,8% çoxdur. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 21,6% artaraq 443 379,9 min dollara bərabər olub.

Nəticədə, cari ilin ilk on ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 5 363,7 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 6,9 dəfə azdır. Belə ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarətdə 36 834,5 min dollarlıq mənfi saldo olub.

(с)APA

SHARE THIS STORY

FacebookTelegramTwitter