Gürcüstan Azərbaycan qazının idxalını 15% azaldıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan 162 milyn 855,62 min ABŞ dolları dəyərində 1 081 835,94 ton qaz idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilir ki, cari ilin ilk on ayı ərzində Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 41 milyon 758,6 min dollar və ya 20,4%, həcmi isə 191 797,78 ton və ya 15,05% azalıb. Belə ki, ötən il Gürcüstan Azərbaycandan 204  miylon 614,22 min dollar dəyərində 1 273 633,72 ton qaz idxal edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan ümumilikdə 235 milyon 802,5 min dollar dəyərində qaz idxal edib ki, bu da illik ifadədə 1,5% azdır. Beləliklə, hesabat dövründə Gürcüstanın qaz idxalında Azərbaycanın payı 69,06% təşkil edib.

(c)APA

SHARE THIS STORY

FacebookTelegramTwitter