Gələn il yaşayış minimumunun həddi qaldırılır

2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
2021-ci ildə yaşayış minimumu 196 manat olub.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

SHARE THIS STORY

FacebookTelegramTwitter