Finsaz.ru

17 Fevral

Yaponiyanın turizm sənayesinə 1,3 milyard dollar ziyan dəyə bilər

Yeni koronavirusun yayıldığı indiki şəraitdə Yaponiyaya Çindən gələn turistlərin sayı kəskin azalıb.

BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (IKAO) məlumatına görə, bunun nəticəsində cari ilin ilk üç ayı ərzində Yaponiyanın turizm sənayesinə təqribən 1,3 milyard dollar ziyan dəyə bilər.

COVID-19 virusunun yayılması nəticəsində iqtisadiyyata dəyə biləcək zərər barədə IKAO-nun hesabatına görə, artıq 70 aviaşirkət Çini digər ölkələrlə əlaqələndirən beynəlxalq reysləri ləğv edib. Daha 50 aviaşirkət isə reyslərin sayını azaldıb.

Hesabatda qeyd edilir ki, COVID-19 virusunun yayılması çinli turistlərin bütün dünya ölkələrinə səyahətlərinin sayının kəskin azalmasına səbəb olub.