Finsaz.ru

14 Fevral

Azərbaycandan Rusiyaya gedənlərin sayı azalıb

2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 21,5 faiz artaraq 433,7 min nəfər olmuşdur.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ölkə vətəndaşlarının 38,1 faizi və ya 165 mini İrana, 29,9 faizi Gürcüstana, 16,8 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,4 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil etmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2 faiz, Gürcüstana gedənlərin sayı 29,9 faiz, Türkiyəyə gedənlərin sayı 15,9 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,1 faiz azalmışdır.

2020-ci ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,2 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,6 faizi isə su nəqliyyatından istifadə etmişdir.