“Air Astana” şirkətinə məxsus “Embraer Е190-Е2” təyyarəsi Nur-Sultandan Bakıya uça bilməyib.
Kaztag.kz xəbər verir ki, bununla bağlı şirkət məlumat yayıb:
“Hava gəmisi yanvarın 24-də texniki səbəblərdən - qanadlarının buzlaşmasının qarşısını alan sistemdə yaranan nasazlıq və Bakı hava limanında texniki dəstəyin olmaması səbəbindən geri qayıdıb.
Eniş ştat rejimində həyata keçirilib. Təyyarənin geri qayıtmasının koronavirusla bağlılığı yoxdur”.