Finsaz.ru

23 Yanvar

Fransanın otel markası Azərbaycanda

Azərbaycanda yeni otel binası tikilib. 

 

Bu otelin bu ilin mart ayından etibarən "İbis" adı ilə fəaliyyət göstəriləcəyi bildirilir.

 

İbis otel Xətai metro stansiyası yaxınlığında yerləşir. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırovun sözlərinə görə, Novruz bayramı üçün yeni otelin açılışı bu ilin mart ayının sonunadək planlaşdırılır.

 

Beynəlxalıq səyahət saytlarında qeyd olunur ki, Bakıda ilk "İbis" oteli qonaqları 202 rahat otaqla təmin edəcəkdir.

 

Bildirək ki, "İbis" otelin baş qərargahı Fransada yerləşir, burada 1974-cü ildə Bordo şəhərində ilk otel açılıb. Bu brend 2018-ci ildə göstərilən məlumata görə 70 ölkədə 1174 oteli idarə edir. İbis otelləri iqtisadi otel tipinə aiddir, iki və ya üç ulduzlu olur.

 

© Banker