Rusiyanın “SmartAvia” aviaşirkəti aprelin 2-dən Sankt-Peterburq–Bakı reyslərini həyata keçirəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, uçuşlar “Boeing 737” təyyarələri ilə həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.