İstanbulun Sabiha Gökçən hava limanının fəaliyyəti hələ də bərpa olunmayıb. Hava limanında çox sayda sərnişin əllərində bilet növbə tutublar.
Hava limanından verilən açıqlamaya görə, uçuşlar yanvarın 8-i yerli vaxtla saat 06:00-da bərpa ediləcək. Yığılan sərnişinləri ünvana çatdırmaq üçün əlavə reyslər açılacağı da qeyd edilib.