Ötən il Antaliyaya, hava, dəniz və quru yolu ilə 5 milyon 644 min 108 turist gəlib. Bu rəqəm ilə bütün zamanların rekordu yenilənib.
Turizm.fins.az xəbər verir ki, Antaliya valisi Münir Karaloğlu, sosial media hesabından etdiyi açıqlamada, Antaliya turizminin 2019-da ciddi miqyasda böyümə qeyd etdiyini bildirib.
Karaloğlu, "Antaliya və Gazipaşa havalimanların ilə bərabər quru və dəniz yolu ilə 2019-cu ildə 15 milyon 644 min 108 turist şəhərə gəldi. Antaliya turizmi 2020-də də böyüməyə davam edəcək" ifadəsini istifadə edib.
Şəhərin bu zamana qədər çatdığı ən yüksək turist rəqəmi 13 milyon 642 min ilə 2018-ci ildə qeydə alınmışdı.