Finsaz.ru

24 Dekabr

Azərbaycanın ən orijinal filmi təqdim olundu - FOTO

Azərbaycanın ən orijinal filmi, Azərbaycan şeirinin və fəlsəfəsinin böyük ustadı İmadəddin Nəsimi haqqında çəkilmiş bədii film uzun illərdən sonra yenilənmiş versiyada izləyicilərə təqdim edildi.

Fins.az-ın məlumatına görə, dekabrın 20-də "Nizami" kinoteatrında gerçəkləşdirilən təqdimatda filmin yaradıcı heyətinin təmsilçiləri ilə yanaşı, filmi bərpa etmiş “Balans” Studiyasının kollektivi, eləcə də ölkə ictimai fikrininin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri, ziyalılar iştirak edirdi.

Təqdimatandan öncə keçirilən mərasimdə izləyicilərə məlumat verildi ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə ANS Şirkətlər Qrupuna Daxil olan Balans Milli Rəqəmsal Bərpa Studiyası gerçəkləşdirilən layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun dəstəyi ilə baş tutub. Azərbaycan Respublikası Prezidentinin bu il yanvarın 11-də imzaladığı “2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı” sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond,  ANS Şirkətlər Qrupu və AMKAD-ın (Azərbaycan Milli Kino və Animasiyaya Dəstək) sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Nəsimi” bədii filmi 1973-cü ildə çəkilib və onun bərpası görkəmli şairin 650 illiyinə həsr edilib.

ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev filmin pozitivində olan texniki qüsurlardan danışaraq, bərpa prosesinin çətinliyini vurğuladı. “Lakin nəticə olaraq, Azərbaycanın kino incisini xalqımıza yüksək keyfiyyətdə qaytardıq”. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirdi.  Tamaşaçılara bərpa prosesinin necə aparılması ilə bağlı da film haqqında film də təqdim olundu. “İndi biz tamaşaçılara yeni çəkilmiş “Hollivud” filmləri səviyyəsində keyfiyyətli bir film təqdim edirik.

Bunun üçün Balans Studiyası yeni iş yerləri yaratmışıq və biz ildə 15-20 filmi bərpa edə bilərik”,- deyə Vahid Mustafayev vurğulayıb. Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan mədəniyyətinin özəyini təşkil edən kinoların bərpa edilməsində göstərdiyi müstəsna xidmətlərinə görə “Balans Studiyası”na təşəkkürünü bildirdi. Cəmil Quliyev qarşıdan gələn 2020-ci ildə də bu layihənin davamını gözlədiyini də bildirdi. “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev “Bu filmdə Tofiq Quliyevin möhtəşəm musiqisi səslənir.

Filmdə çox sayda sevimli aktyorum uz yer alır”,- deyə Cəmil Quliyev “Nəsimi” filminin Azərbaycan toplumu üçün önəmini vurğuladı. Fatma rolunu canlandıran Xalidə Quliyeva Fatma rolunu canlandıran Xalidə Quliyeva Daha sonra filmdə Fatma rolunu canlandıran Xalidə Quliyeva çıxış edərək bu filmə ayrılan diqqət üçün “Balans” Studiyasına təşəkkürünü bildirərək,  filmin çəkilişləri barədə təəssüratları ilə bölüşdü. “Mən bu filmə çəkiləndə 20 yaşlı qız idim. Rejissor Həsən Seyidbəyli mənə İsa Hüseynovun yazdığı ssenarini verərək oxumağımı tapşırdı. Mən ilk dəfə Nəsimini onda dərk etdim. “Nəsimi” Azərbaycanı kinosunun ərsəyə gətirdiyi müəllif filmi, yəni gerçək Azərbaycan filmidir”,- deyə Xalidə Quliyeva bildirib. Dərviş rolunu oynamış aktyor Əbdül Mahmudov Dərviş rolunu oynamış aktyor Əbdül Mahmudov Filmdə Dərviş rolunu oynamış aktyor Əbdül Mahmudov isə filmin çəkilişində Azərbaycanın milli lideri Heydər Əliyevin rolunu xatırlayıb: “Ona qədər respublikanın yuxarı təbəqəsi Nəsimini düz-əməlli tanımırdı, adını doğru tələffüz belə edə bilmirdilər. Heydər Əliyevin tapşırığı ilə filmin çəkili barədə hər gün Mərkəzi Komitəyə məlumat verirdilər. Bir şeyi də unutmayaq, bu film orcinaldır və üç nəhəngin - İsa Muğannanın, Həsən Seyidbəylinin və Adil İsgəndərovun dühasının məhsuludur. Əsl, orijinal Azərbaycan filmidir”,- deyə Şeyx Əbdül bildirib.

Xatırladaq ki, “Nəsimi” filmi Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “BalANS” Milli Rəqəmsal Bərpa Studiyası, “Azərbaycanfilm" kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu.{gallery