Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq 5 milyon 95 min nəfər olmuşdur.
Ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,7 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,5 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil etmişdir.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artmışdır.
Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5 faizi dəmir yolu və avtomobil, 16,8 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.