"MariVanna Baku" İnsan resurslari üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilmə, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işləmək, sosial sığorta kartlarının açmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək;
- Kadrlara olan tələbatını təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
- Xarici işçilərin müvəqqəti qeydiyyatı üçün sənədlərin toplanması, qeydiyyatı və digər prosedurları (bilet, yerləşmə, icazə alınması və s.) həyata keçirtmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək;
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.
TƏLƏBLƏR:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- Ali təhsilli;
- Bu sahədə minimum 1 il iş təcrübəsi;
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
- Azərbaycan və Rus dilini əla, İngilis dili arzuolunandır;
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Detallara xüsusi diqqətlilik;
Stresə davavamlı.
İŞ ŞƏRAİTİ
- İş vaxtı: 5/2 saat 09:00-18:00;
- Şirkət tərəfindən nahar.
Uyğun gələn namizədlərdən CV-ni məktubun mövzu (subject) yerində “İR üzrə mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərmək xahiş olunur.