Finsaz.ru

18 Dekabr

Nazirlik rəsmisi regionlardakı turizm xidmətlərindən narazılıq edib

Regionlardakı restoranlarda yeməklər baha qiymətə təklif olunur.

Turizm.fins.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı dəyirmi masada deyib. O öz narazılığını belə ifadə edib: "Bölgələrdə turizm xidməti göstərən şəxslər restoranlarında hərdən elə qiymətlər deyirlər ki, həmin o pula şəhərdə yaxşı bir məkanda nahar etmək olar”.
 
L.Məmmədova qeyd edib ki, ölkədə qısamüddətli yox, uzunmüddətli turizm yaratmaq lazımdır.
 
©Trend