Finsaz.ru

17 Dekabr

“CinemaPlus” ad gününü qeyd edir! - VİDEO

Azərbaycanın premium kinoteatrı olan “CinemaPlus” dekabrın 17-də öz ad gününü qeyd edir. Hər il olduğu kimi, bu ildə kinoteatr öz tamaşaçıları üçün hədiyyə hazırlayıb.

Kinoteatrdan verilən məlumata görə, məhz 17 dekabr “Qış nağılı”, “ŞaBaş” və ya “Jumanji: Yeni mərhələ” filmlərinə bilet əldə edən zalda gizlədilmiş hədiyyələri almaq şansı qazanacaqlar!

Hədiyyələr yuxarıda qeyd olunan filmlərin günboyu “28 Mall”, “Ganjlik Mall” və “Azerbaijan Cinema” filiallarında nümayiş olunan seanslarında veriləcək.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman tamaşaçılarına xoş sürprizlər etmək, kino dünyasında olan ən son premyeralarla sevindirməyə və həqiqətən ailəniz, dostlarınız və yaxınlarınızla vaxt keçirə biləcəyiniz sevimli istirahət məkanı olmağa hazırdır.