Fins

21 İyul

"Audi" markasından məsafədən satış üçün maraqlı addım

"Audi" avtomobil markası nəqliyyat vasitələrinin təhvil verilməsi zamanı sosial əlaqələri azaltmaq üçün yeni bir üsuldan istifadə etməyə başlayıb.

Fins.az xəbər verir ki, bunun səbəbi koronavirus pandemiyası dövründə nəzərə alınan sosial məsafə şərtləridir. 

Bundan sonra Avropanın bir sıra ölkələrində, o cümlədən qonşu Türkiyədə müştərilər nəqliyyat vasitələrini "Audi"nin səlahiyyətli dilerlərindən almaq istəsələr, məsləhətçilərdən məlumat əldə etmək əvəzinə, onlara göndəriləcək məlumat videosu ilə nəqliyyat vasitələri ilə tanış ola bilərlər.

Avtomobilin təqdimat videolarında sürücülük dəstəyi, əyləncə və məlumat, multimedia sistemləri və məsləhətçilərin təhvil verilərkən istehlakçılara təqdim etdikləri "Audi" modelləri haqqında məlumatlar var. Bu həmçinin "Audi" sahiblərinin işini asanlaşdıracaq və vaxtlarına qənaət edəcək.

Tuncay Türbəndəzadə