Fins

21 İyul

"Renault" avtomobilləri 2020-ci ildə satışda geriləsə də, Avropada liderdir

İyunda satışlarını güclü şəkildə artıran "Renault Group" ilin ilk yarısında COVID-19 pandemiyası şəraitində 1 milyon 256 min 658 satış reallaşdırıb.

Fins.az xəbər verir ki, bununla da "Renault" iyun ayında Avropada 1-ci yeri tutub.

Elektriklə işləyən nəqliyyat vasitələri bazarında təxminən 50 faiz artımla satışı 37 540 ədədə çatan ZOE, ilin ilk yarısında Avropada ən çox satılan avtomobil olub. İyun ayında isə model 11 min ədəd ilə rekord bir sifariş imzalayıb.

Martın ortalarından etibarən COVID-19 pandemiyası səbəbindən bir çox ölkədəki satış və sənaye fəaliyyətini dayandıran "Renault Group"un ilin ilk yarısında satışları 28,3 faiz azalıb. Satış sayının azalmasına şirkət üçün vacib bölgələrdə ciddi pandemiya məhdudiyyətləri səbəb olub.

Tuncay Türbəndəzadə