Fins

09 Yanvar

Azər Bayramov - DOSYE

Fins.az Maliyyə nazirinin müavini Azər Bayramovun dosyesinin təqdim edir 

Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.

1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə - İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını alıb. 2000-ci ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirıb.

Əmək fəaliyyətinə 1990-cu ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlayıb.

1992 - 1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997 - 1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olub. 2000 - 2004-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb..

2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2004-cü ildən büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir.