Kembric universitetinin analitikləri fəlakətli hadisələrin dünya ÜDM-ə təsiri barədə araşdırma aparıb.
Fins.az xəbər verir ki, “Cambridge Global Risk Outlook 2020”-in araşdırmasına görə, dünya iqtisadiyyatı gələn il 584 milyard dollar itirə bilər. Bu göstərici ötən il ilə müqayisədə 3% artıb.
Fəlakətlərin 2020-ci ildə ÜDM-a təsir edəcək 3 əsas növü:
- Təbii fəlakətlər - 179 milyard dollar
- Maliyyə, İqtisadiyyat və Ticarət - 149 milyard dollar
- Geosiyasət və Təhlükəsizlik - 131 milyard dollar
2020-ci ildə əsas risklər və onların dünya ÜDM-ə təsiri
Qlobal iqtisadiyyat üçün 5 əsas risk, 2015-2020
Risk üzrə 5 ən böyük şəhər:
- Tokio, 24.7 milyard dollar
- İstanbul, 18.8 milyard dollar
- New York, 16.1 milyard dollar
- Manila 14.4 milyard dollar
- Taipei 13.3 milyard dollar
Müəllif: Tuncay Türbəndəzadə