Əsas xəbərlər
Çin kömür qiymətlərinə müdaxilə etməyi düşünür Pərviz Şahbazov 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib Kamil Əliyevin 100 illik yubileyi “Azərxalça” da qeyd olunub Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi “Bank of Baku”-nun kapitalı 18.8% artıb -HESABAT Azərbaycanda sutkalıq yoluxma sayı iki mini ötdü – FOTO Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1,4 dəfə artıb Azərbaycan bankları bu gün nə qədər dolar alıb ?-MƏBLƏĞ AccessBank tender elan edir Fitch Ratings PAŞA Yatırım Bankası-nın reytinqini təstiqləyib-HESABAT İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏDİ MEDİA Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılır – FƏRMAN Azərbaycanın xaricdə ən çox tələb olunan ərzaq məhsulları hansılardır? – SİYAHI Rusiyadan Avropaya “Şimal Axını 2 yoxdursa, əlavə qaz da yoxdur” tələbi Rusiyadan Google-a irihəcmli CƏRİMƏ Bitcoin yenidən BAHALAŞDI Nazir iki rayona yeni rəis təyin etdi Azərbaycanda reklam bazarının vəziyyəti müzakirə edilib  “Kristal Abşeron” işçi axtarır Yemeksepeti-nin sahibi Getir-in rəqibinə sərmayə qoyub Sabahın hava proqnozu İndoneziya Mərkəzi Bankı faiz qərarını açıqlayıb Bu ilin 8 ayında 36 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb Metroda gedişhaqqı artırılacaq? – RƏSMİ AÇIQLAMA Bu il Azərbaycanda 51 üçəm, 4 dördəm doğulub Azərbaycan əhalisinin nominal gəlirləri 2% artıb Dövlət büdcəsində 160 mln. manatlıq profisit yaranıb Azərbaycan əhalisinin sayı AÇIQLANDI Azergold tender elan edir Azərbaycanda reklam televiziyası yaradılır Reklamçıların vahid birliyi yaradılır-AÇIQLAMA Rusiya NATO ilə əməkdaşlığı dayandırır İqtisadiyyat Nazirliyinin qurumu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göstəriş verib Azərbaycanda sığorta xidmətləri ilə bağlı mobil tətbiqlər hazırlanacaq Azərbaycanın sığorta bazarı 13% böyüyüb Kapital Bank işçi axtarır Koronavirusla bağlı SON STATİSTİKA “Rebuild Karabakh”sərgisində iştirak edəcək şirkətlərin sayı açıqlanıb Rusiyada təqaüdlü təhsil üçün müraciətlərin qəbuluna az qaldı Azərbaycanda məktəblər bağlanır? – Təhsil Nazirliyindən AÇIQLAMA Jeep Wagoneer qeyri-rəsmi satışa çıxarıldı – FOTO İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara məhdudiyyətlər aradan qaldırılır “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin keçirilmə vaxtı açıqlanıb Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub Xarici İşlər Nazirliyi tender elan edir “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib “VKontakte”nin işində qüsurlar yaranıb NEQSOL Holding, Ukraynanın ən böyük sement istehsalçısının paylarını almaq niyyətini şərh edib Mitsubishi Outlander PHEV modelinin debüt tarixi bəlli olub Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar? Daha bir məktəb distant tədrisə keçib Bakıda koronavirusa ən çox yoluxma bu rayonadır Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı “Apple” üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib Təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili hansı faydalar verəcək? Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı Türkiyədə 5,8 bal gücündə zəlzələ olub Qarabağın turizm potensialı qiymətləndiriləcək Spotify yüzlərlə adamı işə götürəcək Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb Azərbaycan nefti ucuzlaşıb-SON QİYMƏT Milyonlarla dollar gəlir qazandılar Expressbank III rübü 8.13 milyon xalis mənfəətlə başa vurub Goldman qaz qiymət proqnozunu artırır Neft UCUZLAŞIB Bu sahədə dünya birincisi olacağıq – Ərdoğan Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Apple 2 yeni məhsul təqdim edib-QİYMƏT “Qazprom” un Türkiyəyə qaz ixracı 125% artıb Zelenski Mərkəzi Bankın rəhbərini dəyişməyi planlaşdırır Kapital Bank-ın aktivləri 14.7% artıb -HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB “Mətanət A” məhsulları tədrisdə istifadə olunur Gürcüstanın Azərbaycana borcu açıqlanıb Məşhur aparıcı 2021-ci ilin avtomobilini seçib “Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib Prezident Füzulidə hər evin neçə sot torpağı olacağını açıqlayıb Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi – RƏSMİ “Netwoking Azerbaijan” növbəti tədbirini keçirib Azərbaycan ötən həftə Voronej vilayətindən süd və kolbasa idxal edib Fransız lüks markalarının səhmləri kəskin UCUZLAŞDI Bank VTB (Azərbaycan) ASC TENDER ELAN EDİR Azad olunan ərazilərdə sosial infrastrukturun qurulmasına dair təkliflər təqdim edilib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlavə 2,4 milyon manatlıq dərman alır Sabah leysan olacaq – PROQNOZ Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Daha 5 startapa şəhadətnamə verildi Nazirlik: “1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq” ASAN Xidmət tender elan edir Nağdsız ödənişlərdən hər hansı vergi tutulması ilə bağlı açıqlama -RƏSMİ Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib – RƏSMİ Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib Tesla səhmləri 7 ay ərzində 50% bahalaşıb Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI – RƏSMİ Anar Əskərov: Marketinq tədbirləri TV izləməyən təbəqəyə təsir etmir Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib Xalq Bankın ödəniş kartlarını Hesab.az-da PULSUZ əldə edin! Orxan Məmmədov: Müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib Dövlət başçısının yeni sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək? – Nazirlik açıqladı “Heç bir kredit götürmədən bu işləri görəcəyik” Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb 275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub Yeni İli Şahdağ oteldə keçirmək istəyənlər üçün ƏLA ŞANS Kaspersky xəbərdarlıq edir: zərərli proqrama yönləndirən məktub ala bilərsiniz “SOCAR İstiqrazlarını bizim vasitəmizlə alan fiziki şəxslərin illik 5% qazanmasını təmin edirik” Deputat şəhid anasının “uşaq pulu” ilə bağlı təklifindən danışdı İlham Əliyev xalqa müraciət etdi PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Hökumət maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək Çin iqtisadiyyatı 9,8% böyüyüb Xarici bazarlarda müşahidə olunan inflyasiya Azərbaycana da təsir edir – ARAŞDIRMA İngiltərədə yüksək məvaciblə “Simpsonlar”ı izləyəcək şəxs axtarılır İcbari siğorta üzrə bilmək lazım olan doqquz VACİB MƏQAM Başqırdıstandan Azərbaycana quş əti və yumurtanın gətirilməsinə məhdudiyyət qoyulub Bu il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb Beynəxalq Bank işçi axtarır Neft kəskin bahalaşdı “İnvestorlar daha böyük bazar dalğalanmalarına hazır olmalıdır” Qızıl yenidən UCUZLAŞDI “Google”dan Azərbaycana bayram təbriki Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Artımlar 1,8 milyon vətəndaşı əhatə edəcək Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı Novak: Avropadan əlavə qaza tələbat yoxdur Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır – Sərəncam Yeni tarif dəyişikliklərinin – İzahı Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi Onun ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər Azərbaycan Sənaye Bank-nın kredit portfeli 28,5% azalıb-HESABAT Ərdoğan Azərbaycanla yeni qaz müqaviləsindən danışdı “Bitcoin”in qiyməti 60 min dolları ötüb-REKOR BAHALAŞMA Xalq Bank III rübün yekunlarını elan etdi Günəş, qum və dəniz tətili – DUBAY TURU Havanın temperaturu kəskin enəcək – XƏBƏRDARLIQ Bank Respublika işçi axtarır Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq Deputat TƏBİB və nazirliyi tənqid etdi Son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI Prezident: Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı 3 sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir “AzFinance” İnvestisiya Şirkəti sahibkarlara onlayn sertifikatlı təlim keçib PAŞA Bank rəsmisi: PAŞA Bank qızıla investisiya etməyib İlham Əliyev: Ağdam şəhərini Qafqazın Hirosiması adlandırırlar FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb Rövnəq Abdullayev TOTAL şirkətinin nümayəndələri ilə görüşüb Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif olunub Pay torpaqlarına reyestr çıxarışının verilməsinə görə rüsum tutulmayacaq Ekonom Gürcüstan TURU Əmək qabiliyyətinin itirilməsi və ya ölüm hallarına görə təzminat alınması sığorta ilə mümkündür? – AÇIQLAMA Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb Mikayıl Cabbarov türk səfirlə Preferensial Ticarət Sazişinin genişləndirilməsini müzakirə edib Bank of Baku işçi axtarır Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır Bakının “Ukrayna dairəsi”ndə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək Ötən ay daha çox hansı xəstəliklərə görə həkimə müraciət olunduğu açıqlanıb Yeni “Land Cruiser”lərin qiyməti “əl yandırır” Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın böyüyüb Naxçıvan Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb Kaspersky-dən kiberbullinqlə bağlı AÇIQLAMA Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,8% artıb Milli Məclisin iclası başlayıb Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq Azərbaycanda muzdlu işçilərin sayı artıb, ortaaylıq əməkhaqqı 725 manatı keçib Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”-nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək Azərbaycanda ortaillik inflyasiya 5,2% təşkil edib Məktəblərdə dərsliklər çatışmır? – Nazir müavinindən AÇIQLAMA Benksinin doğrayıcı ilə kəsilmiş rəsmi rekord qiymətə satılıb “Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım Buster doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradıldı – QƏRAR “Savalan” ASC səhmdarlarının iclası keçiriləcək Bir il əvvəl bu gün azad edilən ərazilər – SİYAHI Qida məhsullarının reytinqi hazırlanıb Vətəndaşların DİQQƏTİNƏ: Bakının bəzi yerlərində su olmayacaq Koronavirusla bağlı SON STATİSTİKA Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır Bakı Dövlət Universiteti tender elan edir Kapital Bank işçi axtarır “OBA”marketdə 74 minlik mənimsəmə Bitkoin yenidən rekord həddə BAHALAŞDI Bayden borc limitini artıran qanun layihəsini imzalayıb Neft BAHALAŞIB Zelenskinin Britaniyaya səfər tarixi açıqlandı Müdafiə Nazirliyi daha bir açıqlama yaydı Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Avropada qazın qiyməti bahalaşdı Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb SOCAR neft hasilatını artırıb-HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Nazir: “Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır” Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək Yoluxanların sayı bu gün də artdı Dünya maşın bazarında SON VƏZİYYƏT Rövnəq Abdullayev Əlcəzairin səfiri ilə görüşüb Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər – NAZİR Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq İnstagram yenidən çökdü Prezident 3,3 milyon manat ayırdı PAŞA Bank rəsmisi: Ümumilkdə 38-ə yaxın fərqli xarici partnyorla geniş əməkdaşlıq edirik Ölkədə əks-göstəriş sertifikatı alanların sayı məlum olub “Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq Daimler yeni Mercedes-Maybach konseptini hazırlayır OPEC + nazirləri 2021-ci ilin dekabrında üz-üzə görüşlərini bərpa edə bilərlər Bakı Metropoliteni tender elan edir Sabaha olan HAVA PROQNOZU Azərbaycan və Lukoyl alternativ enerji sahəsindəki layihələri müzakirə edir İndiyədək neçə yeniyetmə vaksinasiya olunub? – RƏSMİ Azərbaycana neçə ölkədən quşçuluq məhsulu gətirilmir? – RƏSMİ

EU4Digital e-kommersiya qurmaqda Azərbaycana kömək edir

EU4Digital e-kommersiya qurmaqda Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdırmaq, mövcud məhsul çeşidini artırmaq və sadələşdirilmiş nəqliyyat prosedurları ilə daha sürətli çatdırılma təmin etməklə həm istehsalçılara, həm də istehlakçılara vaxta qənaət etməyə və xərcləri azaltmağa imkan verir. 

Avropa İttifaqı artıq e-ticarət üçün qayda və prosesləri müəyyən edib, lakin Şərq Tərəfdaşlığı ölkələri Aİ regionundakı imkanlardan faydalanmaq istədikləri təqdirdə elektron ticarətə uyğunlaşmaq üçün daha çox iş görməlidirlər.

Bu məqsədlə, yaxın zamanda Avropa İttifaqının EU4Digital təşəbbüsü tərəfindən elektron ticarət həllərini tətbiq etmək üçün üç Şərq Tərəfdaşlığı ölkəsində – Azərbaycan, Gürcüstan və Ermənistanda Aİ və Şərq Tərəfdaşlığı regionu arasında e-kommersiyanı inkişaf etdirmək üçün pilot layihəyə start verilib. Layihə çərçivəsində bu üç ölkədən Almaniyaya məhsul ixrac edilib.  

Pilot layihə pərakəndə satıcılar, bazarlar, çatdırılma operatorları və gömrük orqanları arasında sərhədlərarası məlumatların avtomatik və elektron şəkildə mübadiləsi üçün iştirakçı ölkələrin hər birində satıcıların öz məhsulları haqqında əsas məlumatları saxlaya biləcəyi “virtual anbarlar”ı sınaqdan keçirməyi hədəfləyir. Bu sistem pərakəndə satıcılar, bazarlar, çatdırılma operatorları və gömrük orqanlarını xaricdə satılacaq məhsulları yerləşdirmək və maneəsiz sərhədlərarası çatdırılmanı tamamlamaq üçün dəstəkləyir.

Virtual anbarlar gömrük, idxal rüsumları, nəqliyyat və qida təhlükəsizliyi sənədləşmələri üçün lazımı məlumatları real vaxt rejimində avtomatik olaraq yaradır və alıcılar aldığı məhsulu onlayn şəkildə izləmək imkanı əldə edirlər. 

Layihənin əhatə dairəsinə virtual anbarlarda məhsul yerləşdirilməsi üçün Aİ standartları da daxil olduğundan, EU4Digital vurğulayır ki, layihə tamamlandıqdan sonra bu həll digər Aİ üzvləri və Şərq Tərəfdaşlığı ölkələri, həmçinin eyni standartlardan istifadə edən 192 Universal Poçt Birliyi ölkələri ilə sərhədlərarası e-ticarət üçün də adaptasiya edilə bilər.

Azərbaycan üçün virtual anbar olaraq pilot layihəyə cəlb edilmiş milli portal “Azexport.az”ın rəhbəri Ayxan Qadaşov prosesi belə izah edir:

“Almaniyadakı “eBay” portalı vasitəsilə sifariş edilmiş mallar haqqında məlumatların poçt və gömrük oqranlarına avtomatik şəkildə təqdim olunması praktiki olaraq sınaqdan keçirilib. Pilot layihə ərzində Azərbaycanın “ISAR Group” şirkəti tərəfindən hazırlanan əl işi taxta əşya Almaniyaya çatdırılıb”.

“EU4Digital tərəfindən icra edilən virtual anbar layihəsi B2C seqmentindən olan salıcı və satıcıları dəstəkləməyi hədəfləyir,” – deyən Qadaşov əlavə edib ki, Azərbaycanda bu seqmentdən olan çox sayda kiçik və orta biznes var: “Azərbaycan əhalisi yaradıcıdır. Qida, sənaye və kənd təsərrüfatı ilə yanaşı ölkəmizdə mədəni və yaradıcı sənayelər də inkişaf etməkdədir. Bu sənayelərin e-ticarət sahəsindəki payını, həmçinin ölkənin bu sahədəki potensialını nəzərə alaraq, hiss edirik ki, mədəni və yaradıcı sənayelər ölkə üçün böyük iqtisadi imkanlar vəd edir”.

EU4Digital e-kommersiya qurmaqda Azərbaycana kömək edir

Məhsulları virtual anbar vasitəsilə Almaniyaya ixrac edilən “ISAR Group”un marketinq meneceri Kərəməli Heybətov “Azexport.az” vasitəsilə pilot layihəyə necə qoşulduqları barədə danışıb:

“Layihə bizdə böyük maraq oyatmışdı. Məhsullarımızı ilk dəfə beynəlxalq bazara çıxarmaq mümkün oldu. Bununla da beynəlxalq bazarlara çıxış şərtləri ilə də tanış olduq”. 

K. Heybətov şirkətin bu layihədən xeyli faydalandığını qeyd edib:

“Azexport.az”dan bizimlə əlaqə saxladılar və layihəyə qoşulmağa qərar verdik. İlk öncə hansı məhsulun satılacağını seçdik. Sonra onlar bizə beynəlxalq e-ticarət platformalarında satılması nəzərdə tutulan məhsullar üçün beynəlxalq barkodlar əldə etməyə kömək etdilər. Məhsulları hazırladıq, “Azexport.az” və virtual anbarın köməyilə onları xarici bazarlarda təqdim etdik”.

Layihə vasitəsilə xarici bazarlara çıxış çox müsbət bir hadisə idi deyə o əlavə edib:

“İndi məhsullarımızı dünyanın istənilən ölkəsinə ixrac edə bilirik. Bu bizim üçün bir üstünlükdür. Gələcəkdə də oxşar layihələrdə iştirak etməkdə maraqlıyıq”.

EU4Digital e-kommersiya qurmaqda Azərbaycana kömək edir

Regional İnnovativ Texnologiyalar Akademiyasının direktoru Tofiq Babayevin fikrincə, e-ticarətin Azərbaycanda ləng inkişaf etməsinin əsas səbəbləri e-kommersiya platformalarının çatışmazlığı və onların beynəlxalq standartlara uyğunsuzluğu, həmçinin “PayPal” kimi beynəlxalq ödəniş sistemlərindən məhdud istifadədir: 

“İnnovativ e-ticarət həllərini tətbiq etməklə müvafiq ekosistemin, qanunvericiliyin və standartların uyğunlaşdırılması vasitəsi ilə “sərhəd” anlayışını əhəmiyyətli dərəcədə azaltmaq olar. Pilot layihənin nəticələri bunun üçün lazımi tövsiyələrlə təmin edib”. 

O qeyd edib ki, layihə B2C ticarəti istiqamətində innovativ bir addım idi:

“Pilot həllin köməyilə şirkətlər öz məhsullarını “e-Bay” və “Amazon” kimi, həmçinin Almaniyadakı digər ticarət platformalarında bir neçə klikə sata və Aİ alıcıları üçün məhsul çeşidini artıra bilirlər”.

Layihə sayəsində məlumatın “virtual anbara” avtomatik yerləşdirilməsi və elektron informasiya mübadiləsi logistika prosesini sürətləndirib, məhsul müştəriyə uğurla və tez çatıb.

“Bu layihə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən kiçik və orta biznesin öz məhsullarını Avropa bazarlarında tanıtması üçün yeni bir alətə çevriləcək”,- deyə Babayev əlavə edib.

Qeyd edilən məqsədlərə çatmaq üçün, Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərarası ticarət zamanı e-kommersiya qaydaları tətbiq olunmalıdır. Əks halda müxtəlif qaydalar elektron ticarət əməliyyatlarını çətinləşdirən maneələr yaradır.

EU4Digital e-kommersiya qurmaqda Azərbaycana kömək edir

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin rəhbəri Rəşad Əzizovun sözlərinə görə, ölkədə e-ticarətin inkişafı üçün il sonunadək yeni imkanlar yaradılacaq, hansı ki, nəticədə e-kommersiya və elektron logistika vasitəsilə ixrac prosedurları sadələşəcək, sərhəd gecikmələri azalacaq, əməliyyatların şəffaflığı və təhlükəsizliyi artacaq, saxtakarlıqdan qaynaqlanan inzibati xərclər və itkilər azalacaq, həmçinin rəqəmsal iqtisadiyyatda daha təkmil rəqabətlilik yaranacaq:

“Azərbaycan Avropa ittifaqının EU4Digital təşəbbüsündə fəal iştirak edir. Bu təşəbbüsün məqsədi Aİ-nin Vahid Rəqəmsal Bazarını Şərq Tərəfdaşlığı ölkələrinə doğru genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatını yaxşılaşdırmaq və biznesi dəstəkləmək üçün rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını artırmaqdır. Hazırda geniş miqyasda virtual anbar həllinin icrası üçün tövsiyələr hazırlanmaqdadır”.

Aİ hazırda elektron ticarət üçün yeni qaydaları (e-ticarətdə ƏDV paketləri – 2021) təqdim etməkdədir. Pilot layihənin bir digər məqsədi məhz Şərq Tərəfdaşlığı ölkələrindəki e-kommersiya iştirakçılarını bu yeni qaydalara və gələcəkdəki paralel dəyişikliklərə hazırlamaqdır.

“Artıq Aİ-də elektron kommersiya üzrə ƏDV paketinin tətbiqinə başlanılıb. Yeni qaydalar Aİ ölkələri ilə ticarətə təsir edir. Bunun kimi layihələrin icrası Şərq Tərəfdaşlığı ölkələrində yeni sərhədlərarası qaydaların, həmçinin e-kommersiya standartlarının təqdimatına gətirib çıxaracaq. Beləliklə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərarası ticarət artacaq”, – deyə, Əzizov qeyd edib.

EU4Digital e-kommersiya qurmaqda Azərbaycana kömək edir

EU4Digital təşəbbüsünün e-kommersiya mütəxəssisi Ruta Salvit-Tamosiuniene bildirir ki, məqsəd elektron ticarətin hazırda Avropada yaratdığı mövcud imkanları Şərq Tərəfdaşlığı ölkələrində də genişləndirməkdir:

“Layihə elektron ticarət həllərinin Şərq Tərəfdaşlığı ölkələrində necə təqdim oluna biləcəyini, Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında uğurlu elektron ticarətə necə başlana biləcəyini qiymətləndirir. Elektron ticarət biznes, istehlakçılar və pərakəndə satıcılar üçün yeni imkanlar təklif edir. Məqsəd Şərq Tərəfdaşlığı ölkələrində elektron ticarəti Avropa standartları və beynəlxalq standartlar əsasında inkişaf etdirə bilmək üçün nəyə ehtiyac olduğunu öyrənməkdir”. 

O əlavə edib ki, Ai və Şərq Tərəfdaşlığı ölkələri arasında elektron ticarəti daha da inkişaf etdirmək üçün ciddi planlar var. Bunun üçün Şərq Tərəfdaşlığı ölkələrinin Aİ ilə sərhədlərarası elektron kommersiyanın 50 faizə qədər artırılması üçün e-ticarətin normativ-hüququ bazası ilə uyğunlaşma da daxil olmaqla, Aİ özünün 2020-ci il sonrası Şərq Tərəfdaşlığı prioritetləri üçün hədəf müəyyən edib. Avropa Komissiyasının strateji sənədlərində qeyd olunduğu kimi iki region arasında onlayn ticarətin 50 faiz artacağı gözlənilir.

Qeyd edək ki, E-kommersiya pilot layihəsi EU4Digital tərəfindən 2021-ci ilin may-iyun aylarında, layihəyə qoşulan ölkələrin kiçik və orta bizneslərin öz mallarını Almaniyada satış üçün yerləşdirməsi və alışdan sonra məhsul məlumatını avtomatik şəkildə çatdırılma operatorları və gömrük qurumları ilə mübadilə etməsi ilə başladılıb. EU4Digital təşəbbüsü vasitəsilə Avropa İttifaqı e-ticarətin asanlaşdırılmasını, Şərq Tərəfdaşlığı ölkələri və bu ölkələrlə Aİ arasında ahəng yaradılmasını e-kommersiyae-gömrük və e-logistika üçün ümumi çərçivələri təşviq edərək və Rəqəmsal Nəqliyyat Dəhlizləri (Digital Transport Corridors) sistemi istiqamətində çalışaraq dəstəkləyir

SHARE THIS STORY

FacebookTelegramTwitter