Ermənistan KTMT-yə müraciət edib? – Açıqlama

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib.

Fins.az “Ria Novosti”yə istinadən xəbərinə görə, bu barədə KTMT-nin sözçüsü Vladimir Zeyneddinov məlumat verib.

O bildirib ki, KTMT katibliyi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistandan kömək üçün rəsmi müraciət almayıb:

“KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb. Biz hesab edirik ki, münaqişə yalnız sülh yolu ilə siyasi və diplomatik yolla həll edilməlidir”.

SHARE THIS STORY

FacebookTelegramTwitter