Dogecoin, Bitkoin və Ethereum REKORD BAHALAŞMA

Dogecoin, Bitkoin və Ethereum REKORD BAHALAŞMA

BİRJA
665

Dünyanın kriptovalyuta birjasında qiymət artımları yenidən bərpa olunub.

Fins.az xəbər verir ki, əsas kriptovalyuta sayılan Bitkoin sutka ərzində 3% bahalaşaraq 57 800 dollara çatıb. Son bir həftə ərzində bitkoinin qiyməti demək olar dəyişməyib.

İkinci əsas kriptovalyuta olan Ethereum-un qiyməti isə rekordları təzələməkdədir. Hazırda Ethereum 35 dollardan bahadır. Son sutkada bahalaşma 2,5%, son həftə ərzində isə 24%-dən artıq olub. Qeyd edək ki, Ethereum-un rekord qiyməti mayın 6-da qeydə alınıb – 3582 dollar.g Ümumilikdə ilin əvvəlindən bəri Ethereum təqribən 5 dəfə bahalaşıb.

Kriptobazarın daha bir nümayəndəsi Ripple – 1,59 dollar qiymətində sabitləşib. Son suvtkada və həftə ərzində onun qiyməti demək olar dəyişməyib.

Əvəzində İlon Mask-ın sevimlisi – Degocoin son bir həftədə ikiqat bahalaşaraq 72 sentə yaxınlaşıb – son qiymət 71,77 sent. Dogecoin sutka ərzində 24%, son bir həftədə isə 100% bahalaşıb. Nəticədə onun kapitallaşması iki dəfə artaraq Ripple-ni geridə qoyub.

Bazarda ən etibarlı koinlərdən olan Binance Coin isə 620-630 dollar ətrafında sabitləşib, hazırki qiymət 626 dollardır.

Ümumiyyətlə son sutka ərzində ən çox bahalaşan koinlər banlkrdır: BakeryToken (34,5% bahalaşmadan sonra hazırki qiymət 7,04 dollardır), «Horizen ZEN» (bahalaşma 32,3%, qiymət 162 dollar), «Bitcoin Diamond» (BCD) (bahalaşma 27,1%, hazırki qiymət 8,04 dollar), «Dogecoin» DOGE (bahalaşma 24%, son qiymət 71,8 sent), «Fantom» (FTM) – (bahalaşma 20,55%, hazırki qiymət 87,2 sent).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dogecoin, Bitkoin və Ethereum REKORD BAHALAŞMA — Fins.az — Fins.az