
Xalis mənfəət artıb
Türkiyənin bank sektoru ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxalaraq, bu ilin yanvar-aprel aylarında 19,7 milyard lirə (2,9 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.
Məlumata görə, bu ilin əvvəlindən sektorun aktivləri 16,4% artaraq 5,2 trilyon lirəyə (769,2 milyard ABŞ dolları) çatıb. Bunun 3,1 trilyon lirəsi (458,6 milyard ABŞ dolları) müştərilərə verilmiş xalis kreditlərdir. Bu rəqəm 4 ayda 16,9% artıb.
İlin əvvəlindən Türkiyə banklarının depozit portfeli isə 16,4% artaraq 3 trilyon lirə (443,8 milyard ABŞ dolları) təşkil edib. Xəbəri BBC yayıb