JPMorgan: ABŞ səhmlərindəki 3 günlük enmə yüksəliş tendensiyasını pozmayıb

JPMorgan: ABŞ səhmlərindəki 3 günlük enmə yüksəliş tendensiyasını pozmayıb

BANK
499

JPMorgan texniki strateqləri son günlərdə ABŞ səhmlərindəki kəskin azalmanın artım trendini pozmadığını bildirib.
JPMorgan & Co-nun texniki strateqləri, ABŞ səhmlərinin üç günlük kəskin azalmaya baxmayaraq yenə də geniş bir trenddə olduğunu qeyd etdiblər.

S&P 500 indeksi son üç seansda 7%, Nasdaq 100 indeksi isə 11 % enib. Korporasiyanın strateqləri Jason Hunter və Alix Tepper Floman, impulsun azaldığını, lakin pik nöqtənin göründüyünə dair heç bir əlamət olmadığını və əhəmiyyətli dəstək səviyyələrinin işlədiyini ifadə ediblər.

"S&P 500 İndeksi üçün həyata keçirilən əməliyyatların sonunda ümumiyyətlə qiymət nümunələri və həddən artıq güvən əlamətləri mövcud deyil. Bu, bazarın hazırda uzun bir eniş meylinə girməyə hazır olmadığını göstərir." -deyə mövcud vəziyyət dəyərləndirilib.

S&P 500 və Nasdaq 100 indeksləri, Çərşənbə günü Asiya əməliyyatlarında tarazlıq taparaq ABŞ səhmlərinin günə davamlı başlayacağını göstərib 
S&P 500 İndeksi mart ayının ən aşağı səviyyəsindən bəri hələ də 49%  səviyyəsindədir. Texnologiya ağırlığında Nasdaq 100 indeksi  58 % artım göstərib.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
JPMorgan: ABŞ səhmlərindəki 3 günlük enmə yüksəliş tendensiyasını pozmayıb — Fins.az — Fins.az