Azərbaycandakı banklar bugünkü valyuta hərracında 54 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 54 mln. dollar cəlb edib

BANK
548

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan verilən məlumata görə, hərracda tələb 54,4 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (10 sentyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 2,5% azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 54 mln. dollar cəlb edib — Fins.az — Fins.az