
Avron yenidən sürətlə ucuzlaşır
Beynəlxalq valyuta birjalarında Amerikanın əmək bazarında dair fundamental göstəricilərin müsbət açıqlanması, EUR/USD məzənnəsinin bahalaşma dalğasının zəifləməsinə səbəb olub. Lakin Almaniya və Avrozona iqtisadiyyatı göstəricilərinin daha güclü vəziyyətinin qorunması şəraitində avroya olan tələb daha da arta bilər.
EUR/USD məzənnəsi cümə günü 1.14$-da müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, hazırda 1.13$-a ticarət edilən məzənnə, 1.12$-ın üzərində qaldıqca, yenidən artım dalğasına davam edə bilər.