Elm

03 Noyabr

Vüsal Qasımlının məqaləsi Polşa Elmlər Akademiyasının nüfuzlu elmi jurnalında çap olunub

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi məqaləsi Polşa Elmlər Akademiyasının Mineral və Enerji İqtisadiyyatı İnstitutunun “SCOPUS “və “Web of Science” bazalarında indeksləşdirilən (Q2) “Energy Policy” jurnalında çap olunub.

Azərbaycan Respublikasının yaşıl enerjiyə keçid siyasətindən bəhs edən məqalə  “Repositioning oil exporters for the Green Energy Transition: the case of Azerbaijan” adlanır. Məqalənin digər həmmüəllifləri iqtisad elmləri doktoru Ramil Hüseyn və iqtisad üzrə fəlsəfə doktoru Arzu Süleymanovdur.

Müəlliflərin apardıqları araşdırma nəticəsində gəldikləri qənaət ondan ibarətdir ki, Azərbaycan gələcəkdə enerji ixracını neft və qazdan yaşıl enerjiyə keçirmək potensialına malikdir və bununla da neftlə zəngin dövlətlər üçün örnək model rolunu oynayacaq. Müəlliflər hesab edirlər ki, ölkəmizin yaşıl enerji layihələrinə sərmayə qoyması həm də onun enerji ixracatçısı statusunu saxlamağa xidmət edəcək. Eyni zamanda, Azərbaycan yaşıl enerji siyasəti ilə Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verməyə davam edəcək. Müəlliflərin Xərclər Buraxılış modeli vasitəsilə apardığı hesablamalar da yaşıl enerji layihələrinin icrasının ölkə iqtisadiyyatı üçün faydalı olacağını göstərib.

Məqalə ilə tanış olmaq üçün linkə daxil olun:

//epj.min-pan.krakow.pl/Repositioning-oil-exporters-for-the-Green-Energy-Transition-the-case-of-Azerbaijan,209658,0,2.html