2025-ci ilin ilk yarısında 285 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb
Finss.az xəbər verir ki, 2025-ci ilin I yarısında Azərbaycanda 285 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu barədə məlumat Ali Attestasiya Komissiyasından daxil olub.
Eyni dövrdə 141 nəfərə fəlsəfə doktoru dərəcəsinin verilməsindən imtina edilib.
Elmlər doktoru dərəcəsi və imtinalar
2025-ci ilin ilk 6 ayında 51 nəfərə elmlər doktoru elmi dərəcəsi təqdim olunub, 14 nəfərə isə bu dərəcənin verilməsindən imtina edilib