Finss.az - Çin alimləri 2033-cü ildə Günəş Sisteminin kənarında yerləşən buz nəhəngi Neptuna yönəlmiş ilk kosmik missiyanı həyata keçirməyi planlaşdırır.
Missiya, radiyoizotop enerji mənbəyi sayəsində Günəşdən uzaqda effektiv fəaliyyət göstərəcək. Kosmik aparat Jupiter və Saturnun cazibə manevrlərindən istifadə edəcək, lakin Neptuna çatmaq təxminən 16 il çəkəcək. Bu missiya Çin kosmonavtikasında həm texnoloji, həm də müddət baxımından ən mürəkkəb layihələrdən biri olacaq.