Elm

03 İyun

Yeni əl lazeri ixtira edildi

Finss.az - ABŞ-n olan ixtiraçı və texnologiya bloqeri Entoni Dreykin təqdim etdiyi əl lazeri sahəsində yeni bir mərhələ qoyub.

Onun yığdığı və sınaqdan keçirdiyi əl lazeri fasiləsiz 250 vatt gücündə iş rejiminə malikdir ki, bu da onu indiyə qədər yaradılmış ən güclü əl lazeri edir.

Bu yüksək güclü lazerin yaradılması üçün Entoni Dreyk adi təsərrüfat mağazasından topladığı diod matrisi, optika, gərginlik tənzimləyicisi, temperatur sensoru və voltmetrlə yanaşı, litium-ion batareyalarından istifadə edib. Qurğunun korpusunu isə özü özünə hazırlayıb.

Əl lazeri dərhal təmasda olduğu səthi qıcıqlandıraraq və ya yandıraraq təsir göstərir, həmçinin şüşə və metal səthləri əridə biləcək gücə malikdir. Bu cür texnologiyanın inkişafı həm sənaye, həm də təhlükəsizlik sahələrində yeni imkanlar yarada bilər.