Elm

26 May

NASA-nın "Artemida" missiyası

Finss.az - ABŞ-dan olan alimlər qrupu uzun illərdir tədqiqatçıları düşündürən bu sirrə yeni izah gətiriblər.

1960-70-ci illərdə "Apollon" missiyasının kosmonavtları tərəfindən gətirilmiş nümunələr və peyk vasitəsilə aparılan ölçmələr Ayda qalıq maqnitlənmənin mövcud olduğunu təsdiqləyib. Əksər planet və peyklərdə maqnit sahəsi ərimiş nüvədə metalların hərəkəti ilə yaranan daxili dinamo mexanizmi ilə əlaqələndirilir. Ayın nüvəsi daha kiçik olduğundan, onun maqnit sahəsi zəif olub.

Alimlərin əsas sualı budur: niyə zəif Ay maqnit sahəsinin izləri hələ də mövcuddur? Bir hipotezə görə, bu, Ayın səthinə düşən nəhəng asteroidin yaratdığı plazma buludu sayəsində baş verə bilərdi. Lakin 2020-ci ildə Massaçusets Texnologiya İnstitutundan fiziklər Rona Oran və Benjaman Vays bu variantı rədd etdilər.

Onların yeni tədqiqatına görə, Ayın qədim zəif maqnit sahəsi mövcuddur və asteroid toqquşması nəticəsində yaranan plazma buludu Ayın əks tərəfində – cənub qütbü yaxınlığında toplanaraq müvəqqəti maqnit sahəsini gücləndirib. Eyni zamanda, toqquşma güclü seysmik dalğalar yaradaraq, elektronların maqnit istiqamətini dəyişdirib. Bu proses ay daşlarında "maqnit izləri"nin qalmasına səbəb olub.

Bu tapıntı yalnız kompüter modelləşdirməsinə əsaslanır və real nümunələr üzərində təsdiqini gözləyir. NASA-nın "Artemida" missiyasının cənub qütbündə aparacağı araşdırmalar bu hipotezi dəqiqləşdirə bilər.

Beləliklə, amerikalı alimlərin işi Ayın maqnit sahəsi ilə bağlı uzun illər davam edən sirrin bir az daha açılmasına yardımçı olur.