Elm

11 Fevral

Kvant kompüterində kainatın məhvinə səbəb ola biləcək proses yaradıldı

Finss.az - ABŞ alimlər Texas Universitetinin Austin kampusunun rəhbərliyi altında ilk dəfə kvant kompüterində "yalançı vakum" çöküşünü modelləşdirməyi bacarıblar.

Bu proses, kosmosun qeyri-sabit vəziyyətindən qaynaqlanaraq zəncirvari reaksiya ilə kainatın dərhal məhvinə səbəb ola bilər. D-Wave kvant kompüteri ilə aparılan təcrübə, nəzəri fizikanın bir hipotezini təsdiqləyərək, "həqiqi vakum baloncuklarının" necə formalaşdığını və bir-birinə təsirini göstərdi.

Araşdırmanın nəticələri Nature Physics jurnalında dərc edilib və kvant kompüterlərinin əvvəlcə qeyri-mümkün sayılan məsələləri də həll edə biləcəyini nümayiş etdirir.