Burgan Bank, Burgan Bank Turkey-dəki 52 faizlik səhmlərini Kuwait Projects şirkətinə məxsus Al Rawabi United Holding-ə satmağa razılaşıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Burgan Bank bölməyə əməliyyat nəzarətini davam etdirəcək və bankı maliyyə hesabatlarında konsolidasiya edəcək.
Sövdələşmənin yaxın bir neçə həftə ərzində bağlanacağı gözlənilir.
Bloomberg-in məlumatına görə, satışın Burgan Bank-ın kapital əmsallarına müsbət təsir edəcəyi və Türk Lirəsindəki dalğalanmanın onun balansına təsirini azaltacağı gözlənilir. Açıqlamada əməliyyatın maliyyə detalları göstərilməyib.
Günel Məlikzadə
Fins.az