Elm

03 May

İndoneziyada təqaüd proqramına sənəd qəbulu yekunlaşır

İndoneziya hökuməti 2021-2022-ci tədris ili üzrə KNB (Kemitraan Negara Berkembang /İnkişaf etməkdə olan ölkələr tərəfdaşlığı) təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən Fins.az-a bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqrama mayın 5-dək müraciət etmək olar.