Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır

Elektron poçt hesabınız ələ keçirələ bilər-RƏSMİ XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son vaxtlarda elektron poçt üzərindən həyata keçirilən “fişinq” kampaniyalarının artması barədə xəbərdar edir.

Dövlt xidmətindən Fins.az -a verilən məlumata görə, vətəndaşlara elektron poçt vasitəsi ilə göndərilən aşağıdakı saxta məktubda hakerlər tərəfindən ölkəmizin internet informasiya ehtiyatlarına qarşı kiberhücumların həyata keçirildiyi, e-poçt ünvanın təsdiq edilməsinin tələb olunduğu və əks halda e-poçt ünvanının bloklanacağı bildirilir. Həmçinin istifadəçidən e-poçtu bütün dostları ilə bölüşməsi istənilir.

Keçidə daxil olub fərdi məlumatlarını təqdim edən istifadəçinin e-poçt hesab məlumatları və telefon nömrəsi ələ keçirilir

Bu növ kiberhücumların həyata keçirilməsində məqsəd müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri zərərli keçidlərə daxil olmağa vadar etməklə cihazlarını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirməkdir.

Vətəndaşlara tövsiyə olunur ki, bu kimi məlumatlara etimad etməsinlər, tanımadıqları şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil  olmasınlar və ya hər hansı faylı yükləməsinlər.

Bununla yanaşı, e-poçtdan təhlükəsiz istifadəyə dair Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanan təlimatda göstərilən tövsiyələrə əməl etsinlər:

“E-poçtdan təhlükəsiz istifadəyə dair” təlimat: https://cert.az/news/2020/elektron-poctdan-tehlukesiz-istifadeye-dair-telima

Unutmayın, heç bir e-poçt xidməti provayderi istifadəçidən e-poçt vasitəsilə hesabını təsdiq etməyi və ya şifrəsini təqdim etməyi tələb etmir.  Hesaba daxil olmaq üçün hər hansı keçidə kliklənməməli, bunun əvəzinə yeni açılan səhifədən internet ünvanı əllə daxil edilməlidir.

Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdiklərində www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

SHARE THIS STORY

FacebookTelegramTwitter