Ehtiyac meyarının 200 manata çatdırılması nəyi dəyişəcək?- MİLLƏT VƏKİLİ AÇIQLAYIR

Gələn ildən ehtiyac meyarı 200 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının 170 manatan 200 manatadək yüksəlməsi ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

Fins.az xəbər verir ki, bunu Millət vəkili Vüqar Bayramov yaşayış minimumunun məbləğinin artırılmasının nələr təsir edəcəyinə aydınlıq gətrərəkən bildirib.

O qeyd edib ki,aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 600 manatdır. Bu il həmin ailə üçün 850 manat (5 nəfər X 170 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 250 manat (850 manat- 600 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 250 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar 1000 manata yüksəlir (5 nəfər X 200 manat) və nəticədə həmin ailənin aldığı aylıq yardım 250 manat deyil 400 manat (1000 manat- 600 manat) olur.

Vüqar Bayramovun ehtiyac meyarının ləğvinin daha məqsədəuyğun olmasına da toxunaraq “Digər tərəfdən, 2023-cü ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur. Bu sözügedən proqram çərçivəsində ödənilən yardım məbləğinin daha da artmasına səbəb olar. Qeyd edək ki, gələn il üçün yaşayış minimumu 210 manata olacaq.”-deyə qeyd edib.

SHARE THIS STORY

FacebookTelegramTwitter