Dünyanın ilk kriptovalyuta şəhəri tikilir – FOTO/VİDEO

Salvador hökuməti ölkədə bitkoinə həsr olunmuş şəhər tikməyi planlaşdırır.

Layihə “Bitcoin City” adlandırılıb. Bunu ölkə prezidenti Nayib Bukele “Bitcoin Week” konfransında deyib.https://player.baku.tv/embed/46910

Onun sözlərinə görə, şəhər dairəvi formada olacaq və onun mərkəzində nəhəng “B” simvolu şəklində sərgi kompleksi yaradılacaq. “Bitcoin City” sakinləri ƏDV istisna olmaqla, bütün vergilərdən (gəlir, əmlak, kapital artımı və s.) azad olacaqlar. Həmçinin, yeni şəhər yalnız bərpa olunan geotermal enerji mənbələrindən istifadə edəcək.

“Bitcoin City”nin tikintisini maliyyələşdirmək üçün Salvador hökuməti 1 milyard dollar dəyərində tokenləşdirilmiş 10 illik istiqrazlar buraxacaq. Bu layihədə ölkənin tərəfdaşları “Bitfinex” və “Blockstream” şirkətləridir.

Salvador – dünyada bitkoinin qanuni ödəniş vasitəsi statusuna malik olduğu ilk ölkədir (ABŞ dolları ilə bərabər). Sentyabrın 7-də ölkədə müvafiq qanun qüvvəyə minib. Həmin gün səlahiyyətlilər ilk 550 bitkoini alıblar. Sentyabrın 20-də (150 BTC) və oktyabrın 28-də (420 BTC) Salvador hökuməti tərəfindən bitkoinlərin əlavə alışları həyata keçirilib.

© Oxu

SHARE THIS STORY

FacebookTelegramTwitter